XƏBƏRLƏR / Siyasət

Avropa Komissiyasının vitse-prezidenti İrəvana gedib

Ermənistan KİV-i xəbər verir

Avropa Komissiyasının vitse-prezidenti İrəvana gedib
Marqaritis Şinas
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa Komissiyasının (AK) vitse-prezidenti Marqaritis Şinas İrəvana gedib.

    Ermənistan KİV-i xəbər verir ki, bu barədə məlumatı Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos açıqlayıb.

    Onun sözlərinə görə, AK-nın vitse-prezidenti Ermənistan prezidenti Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacaq. Danışıqlar zamanı Avropa-Ermənistan tərəfdaşlığının gücləndirilməsi, həmçinin Avropa və Ermənistan arasında viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun başlanması məsələsi müzakirə olunacaq.