ABŞ İrəvan-Bakı danışıqlarını səbirsizliklə gözləyir
Vedant Patel: Vaşinqtonda keçiriləcək XİN rəhbərlərinin danışıqları layiqli sülhə nail olmaq üçün açardır
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib ki, Birləşmiş Ştatlar iyunun sonunda Vaşinqtonda Ermənistan-Azərbaycan danışıqlarının növbəti raundunun keçirilməsini səbirsizliklə gözləyir.
“Tərəflər Cənubi Qafqaz regionu üçün dinc gələcəyə doğru gedir. Daha əvvəl dediyim kimi, birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açardır. Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında danışıqların müxtəlif platformalarda, o cümlədən ölkə liderlərinin bu yaxınlarda keçirilmiş görüşündən məmnundur”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan iyunun 12-də Vaşınqtonda bir araya gələcəklər.