Prays Azərbaycan-Ermənistan görüşünün yeri və vaxtı barədə
ABŞ Dövlət Departamentinin sözçüsü jurnalistlərin suallarını cavablandırıb
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays "Brüssel formatında Azərbaycan-Ermənistan görüşü harda və nə vaxt baş tutacaq?" sualına belə cavab verib: "Mən başa düşdüyüm qədər, dəvət və fürsət tərəflərə verilib. Nəticə etibarı ilə, hər hansı bir belə görüşdə onların potensial iştirakı barədə danışmaq tərəflərin özlərinin - bizim erməni tərəfdaşlarımızın, azərbaycanlı tərəfdaşlarımızın səlahiyyətində olmalıdır."