Qərb Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmaq istəyir
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu KTMT-nin Müdafiə Nazirləri Şurasının iclasında deyib
Qərb Dağlıq Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə, regionda mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu KTMT-nin Müdafiə Nazirləri Şurasının Minskdə keçirilən iclasında deyib.
Şoyqunun çıxışının tezisləri:
- Qafqaz regionunda vəziyyət daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həlli dərəcəsi ilə müəyyən edilir.
- Dağlıq Qarabağda təhlükəsizlik Rusiya sülhməramlı kontingenti tərəfindən dəstəklənir, lakin Qərb vəziyyətə hər cür müdaxilə etməyə çalışır.
- Qərb üçün əsas məsələ “Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır, nəinki uzunmüddətli perspektivdə regionun təhlükəsizliyini və rifahını təmin etməkdir”. Buna misal olaraq Ermənistanda Aİ-nin mülki missiyası adlanan və hərbçilərin və kəşfiyyatçıların daxil olduğu missiyanı göstərmək olar.
- Bununla əlaqədar biz KTMT missiyasının regiona göndərilməsi ilə bağlı işi davam etdirməyi zəruri hesab edirik.