Hikmət Hacıyev İsrailin nümayəndə heyəti ilə görüşüb
İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Edelşteyn və Knessetin deputatı Ram Ben-Barak Bakıda səfərdədir
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Edelşteyn və Knessetin deputatı Ram Ben-Barak ilə görüşüb. Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik öz Tvitter hesabında məlumat verib.
Səfir görüşün mehriban və səmərəli keçdiyini qeyd edib.