XƏBƏRLƏR / Siyasət

İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov telefonla danışıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov telefonla danışıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.

    Telefon danışığı zamanı mədəniyyət, elm, təhsil və idman kimi sahələrdə ənənəvi olaraq məhsuldar əməkdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb.

    Həmçinin ikitərəfli münasibətlərin prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.