XƏBƏRLƏR / Siyasət

Tramp Rusiyaya qarşı sanksiyaları gücləndirmək fikirindədir

Bu barədə Respublikaçı senator Lindsi Qrem məlumat yayıb YENİLƏNİB

Tramp Rusiyaya qarşı sanksiyaları gücləndirmək fikirindədir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 10:16

    Ağ Ev Trampın Rusiyaya qarşı sanksiyalar qanun layihəsini dəstəklədiyini təsdiqləyib.

    Adı çəkilməyən Ağ Ev rəsmiləri bunu CNN və "Politico"ya təsdiqləyiblər.

    Respublikaçı senator Lindsi Qrem və Demokrat senator Riçard Blumentalın birgə təqdim etdiyi qanun layihəsi Çin və Hindistan kimi ölkələrə Rusiya neftini aldıqlarına görə ikinci dərəcəli sanksiyalar tətbiq edəcək.

    Bu qanun layihəsini 80-dən çox senator (100-dən) dəstəkləyir. Qanun layihəsinin ABŞ prezidentinin tələbi ilə dəyişdirilib-dəyişdirilməyəcəyi bəlli deyil. O, əvvəllər sanksiyaların tətbiqi və ləğvində tam çeviklik tələb etmişdi.

    ***

    02:42

    ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları gücləndirən qanun layihəsinin hazırlanmasını dəstəkləyib.

    Bu barədə Respublikaçı senator Lindsi Qrem öz “X” hesabında məlumat verib.

    "Bu gün prezident Donald Trampla bir sıra məsələlər üzrə çox məhsuldar görüşdən sonra o senator Riçard Blumental və bir çox başqaları ilə birlikdə üzərində uzun aylardır işlədiyim Rusiyaya qarşı ikipartiyalı sanksiyalar qanun layihəsini dəstəklədi",- Qrem bildirib.