XƏBƏRLƏR / Siyasət

XİN Bakı və İrəvanın ABŞ görüşünü təsdiq etmədi

Erməni tərəfi Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə Bakının razılığı barədə xəbər yaymışdı

XİN Bakı və İrəvanın ABŞ görüşünü təsdiq etmədi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 20:00

    Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda görüş barədə razılıq əldə olunmayıb, departamentin mətbuat katibi Ani Badalyan bildirib.

    ***

    Rəsmi Bakı ABŞ-nin yanvar ayında Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirmək təklifi ilə bağlı erməni mediasında yayılan məlumatlara reaksiya verib.

    Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə "Trend"in sorğusuna cavab olaraq bildirib ki, növbəti görüşün yeri və tarixləri barədə hələlik razılıq yoxdur

    Qeyd edək ki, Ermənistanın xüsusi məsələlər üzrə səfiri Edmon Marukyan ölkənin ictimai televiziyasına müsahibəsində Azərbaycanın ABŞ-nin təklifinə müsbət cavab verdiyini bildirib: "Hazırda bizdə olan məlumata görə, Azərbaycan ABŞ-nin Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi təklifini qəbul edib", - o deyib.

    Xatırladaq ki, bir qədər əvvəl Ermənistanın Xarici İşlər Nazirliyi ABŞ-da nazirlər səviyyəsində görüşdə iştiraka hazır olduqlarını bildirib.