XƏBƏRLƏR / Siyasət

Britaniya "Heyət Təhrir əş-Şam"ı qara siyahıdan çıxarır

Bu barədə Britaniyanın Hökumət İşləri naziri Pat MakFadden deyib

Britaniya "Heyət Təhrir əş-Şam"ı qara siyahıdan çıxarır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Böyük Britaniya hökuməti Suriyada üsyançılar Bəşər Əsədin devrilməsinə rəhbərlik etdikdən sonra "Heyət Təhrir əş-Şam" islamçı yaraqlı qruplaşmasını qadağan olunmuş terror qrupları siyahısından çıxara bilər. Ölkədə vəziyyət çox qeyri-sabitdir və sabitləşərsə, o zaman qadağaya istənilən dəyişiklik nisbətən tez həll yolu olacaq.

    Bunu BBC-yə Britaniyanın Hökumət İşləri naziri Pat MakFadden deyib.

    Bu arada ABŞ “Həyat Təhrir əş-Şam”ı  terror təşkilatları siyahısından çıxarmağı düşünür. Bu barədə "Politico" dərgisi yazır.