Aİ-nin Ermənistana yardımı heç nəyi həll etməyəcək
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib
Avropa İttifaqının ayırmaq niyyətində olduğu təxminən 50 milyon avroluq maliyyə yardımı Ermənistana iqtisadi dəstək baxımından heç nəyi həll etməyəcək.
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Bu, heç nəyi həll etmir. Bu, o məbləğlər deyil. Ermənistanla ticarət həcmlərimiz tamamilə fərqlidir. Mən hətta bu barədə şərh vermək istəmirəm", - deyə Overçuk vurğulayıb.
1 dəqiqədən az