ABŞ İrəvan və Bakı arasında sülh danışıqlarına yardım edir
ABŞ Dövlət katibinin Qafqaz üzrə köməkçisinin müavini Erika Olson Ermənistanda səfərdədir
ABŞ Dövlət Departamentinin nümayəndəsi Ermənistanda Vaşinqtonun İrəvan və Bakı arasında sülh danışıqlarına yardımını müzakirə edəcək.
ABŞ dövlət katibinin Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə köməkçisinin müavini Erika Olson Ermənistana səfər edib.
Diplomatik nümayəndəlikdən bildirilib ki, Olson Ermənistan-Amerika əməkdaşlığı, ABŞ-ın Ermənistan və Azərbaycan arasında hərtərəfli sülhə dair razılaşmaya yönəlmiş diplomatik danışıqlara yardımı məsələlərini müzakirə edəcək.
Eyni zamanda Ermənistan mətbuatı yazır ki, görüşdə Rusiya qarşı tədbiq olunan sanksiyalardan yayınmaqda rəsmi İrəvanın rolu da ciddi müzakirə predmetidir.