Naxçıvan məmurları arasında saf-çürük edilmə davam edir
Bu dəfə səhiyyə naziri Niyazi Novruzov tutduğu vəzifədən azad edilib
Naxçıvanın səhiyyə naziri vəzifəsindən azad edilib.
Azərbaycan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov tutduğu vəzifədən azad edilib. Müvafiq sərəncamı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.
Zeynalovun digər əmri ilə Samiq Sadıqov səhiyyə nazirinin müavini təyin edilib və indi o, müvəqqəti olaraq nazir vəzifəsini icra edəcək.