Azərbaycan bayrağının yandırılması vandalizmdir
Bu Türkiyə Prezidenti ofisinin bəyanatında deyilir
İrəvanda keçirilən beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması vandalizm və kütləvi məlumatsızlığın təzahürüdür. Türkiyə Prezident Aparatının bəyanatında belə deyilir.
“Biz nifrətin bariz təzahürü olan və inkişaf etməmiş cəmiyyətlərə xas olan bu hadisəni qınayırıq”, - bəyanatda qeyd edilir.