XƏBƏRLƏR / Siyasət

Qafqazda danışıqlar üzrə baş müşavir Luis Bono regiondadır

Hal hazırda Dövlət ABŞ Departamentinin rəsmisi İrəvanda görüşlər keçirir

Qafqazda danışıqlar üzrə baş müşavir Luis Bono regiondadır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Luis Bono 13-22 aprel tarixlərində Cənubi Qafqaz regionunda səfərdə olacaq.

     

    "Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır", bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsinin Turan Agentliyinin sorğusuna cavabında deyilir.

     

    "Bu, cənab Bono üçün dövlət katibi Blinken, Ermənistan baş naziri və Azərbaycan prezidentinin 18 fevral tarixində Münhen Konfransı çərçivəsində keçirilən görüşünə, dövlət katibinin martda liderlərlə apardığı telefon danışıqlarına və keçən ay cənab Bononun regiona səfərinə əsaslanmaq imkanı olacaq.

    Ermənistan və Azərbaycanın sülh prosesində səmərəli iştirakı üzrə bu yaxınlarda göstərdiyi səylər bizdə ümid yaradır və cənab Bono bu stimulu inkişaf etdirməyə ümid edir.

    Cənab Bono vurğulayır ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz üçün dinc, demokratik və mütərəqqi gələcəyi təşviq etməyə sadiqdir", deyə səfirliyin cavabında bildirilir.