Bakıda Türkiyə və İsrail rəsmiləri danışıq aparıblar
İsrailin Baş naziri danışıqların təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib YENILƏNIB

16:40
İsrail Baş naziri ofisinin mətbuat üçün məlumatı:
Baş nazir Netanyahunun göstərişinə uyğun olaraq, Milli Təhlükəsizlik Şurasının direktoru Tzaxi Haneqbinin başçılıq etdiyi diplomatik təhlükəsizlik heyəti Müdafiə Nazirliyi və yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin iştirakı ilə paralel Türkiyə nümayəndə heyəti ilə görüşüb.
İsrail mühüm danışıqların təşkilinə görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür edir.
Hər bir tərəf regionda öz maraqlarını təqdim etdi. Regional sabitliyi qorumaq üçün dialoq yolu ilə davam etmək qərara alınıb.
***
15:20
Suriyada xarici qüvvələrin yerləşdirilməsi ilə bağlı istənilən dəyişikliyin “qırmızı xətt” olduğunu Azərbaycanda Türkiyə tərəfinə açıqladıq.
Bu barədə “Times of Israel” İsrail rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, “Türkiyənin Suriyada hərbi bazasının yaradılması İsrailin “qırmızı xətti”dir.
“Dünən Azərbaycanda İsrail və Türkiyə nümayəndələri arasında görüş keçirilib. Görüşdə İsrail birmənalı şəkildə bildirib ki, Suriyada xarici qüvvələrin yerləşdirilməsində hər hansı dəyişiklik, xüsusən də Palmira bölgəsində türk bazalarının yaradılması “qırmızı xətt”dir”.
Vurğulanıb ki, belə bir addım İsrail tərəfindən etimadın pozulması kimi qiymətləndiriləcək.
13:32
Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr bildirib.
Məlumata görə, Türkiyə və İsrail rəsmiləri Suriyada arzuolunmaz insidentlərin qarşısının alınması üçün gərginliyin azaldılması mexanizminin yaradılması ilə bağlı dünən Azərbaycanda texniki görüş keçirib.