Əliyevlə Putinin məhdud tərkibdə görüşü YENİLƏNİB
Prezidentin Mətbuat Xidməti xəbər verir VİDEO
Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin məhdud tərkibdə görüşü başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev qonağı səmimi salamlayıb.
"Bu gün dövlət səfəri çərçivəsində biz ünsiyyətimizi davam etdiririk. Əslində, biz dünən başladıq və həm ikitərəfli gündəliyin, həm də regional təhlükəsizliyin mühüm məsələləri üzrə hərtərəfli fikir mübadiləsi apardıq. Bu gün biz həm dar, həm də geniş formatda davam edəcəyik”, - Əliyev Bakıda Putinlə görüşündə deyib.
Putin Azərbaycana səfərindən məmnun olduğunu bildirdi və dəvətə görə İlham Əliyevə təşəkkür etdi.
"Rusiya Federasiyası Bakı ilə İrəvan arasında nizamlanmada hər iki tərəfin istədiyi dərəcədə iştirak etməyə hazırdır", - deyə Putin vurğulayıb.
"Rusiya sülhün imzalanması və Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üçün nəsə edə bilsə, çox şad olacaq", - Putin deyib.
Rusiya Prezidenti azərbaycanlı həmkarı ilə danışıqların nəticələrini Paşinyana deyəcəyini bildirib.