"Baş verənləri soyqırım adlandırmağa haqqım yoxdur"
Bunu ABŞ-in İrəvandakı səfiri Kristina Kuinn erməni jurnalistlərinin təxribat xarakterli sualına cavabında deyib
Ermənistan jurnalistləri qondarma soyqırıma həsr olunmuş mərasimdə iştirak edən ABŞ səfiri Kristina Kuinnə "Azərbaycanın sərhəddə nəzarət-keçid məntəqəsi qurması yeni erməni soyqırımı deyilmi?" sualına belə cavab verib: "Biz irəliləməyə çalışırıq, sülh prosesinin irəliləməsi üçün səy göstərməyə çalışırıq. Ermənistanda və Artsaxda (Qarabağda - ANS Press) baş verənləri soyqırım adlandırmağa haqqım yoxdur. ABŞ Azərbaycana qarşı sanksiyalar tətbiq etməyib və mən gələcəkdə nə edəcəyimizi deyə bilmərəm”.