XƏBƏRLƏR / Siyasət

Paşinyan Rusiyaya səfər edəcək

Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb

Paşinyan Rusiyaya səfər edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 21–22-də Rusiya Federasiyasında işgüzar səfərdə olacaq.

    Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

    Səfər çərçivəsində Nikol Paşinyan dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

    Dekabrın 22-də isə Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.