XƏBƏRLƏR / Siyasət

ABŞ Ermənistanla strateji tərəfdaşlıq haqda saziş imzaladı

Bu barədə Dövlət Departamentinin bəyanatında deyilir

ABŞ Ermənistanla strateji tərəfdaşlıq haqda saziş imzaladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ və Ermənistan strateji tərəfdaşlıq haqqında razılığa gəliblər

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Antoni Blinken iki dövlət arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayıblar. Bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

    İki ölkə arasında ikitərəfli strateji dialoqu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyəti hələ 2024-cü ilin iyununda elan edilmişdi.

    Dövlət katibi Antoni Blinken çıxışında deyib ki, "gələn həftə biz birgə sərhəd təhlükəsizliyi səylərini həyata keçirmək üçün ABŞ-dan Ermənistana xüsusi sərhəd təhlükəsizliyi qrupu göndərəcəyik."