XƏBƏRLƏR / Siyasət

Ermənistan və ABŞ strateji tərəfdaşlıq sənədi imzalayacaqlar

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb

Ermənistan və ABŞ strateji tərəfdaşlıq sənədi imzalayacaqlar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Vaşinqtonda Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanacaq.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Yanvarın 14-də Vaşinqtonda xarici işlər naziri Ararat Mirzoyan və dövlət katibi Entoni Blinken Ermənistanla Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar.