XƏBƏRLƏR / Siyasət

Azərbaycan Avropanı “yaşıl enerji” ilə təchiz edəcək

Aİ-yə Rumıniya və Macarıstan vasitəsilə çatdırılacaq enerji haqda Macarıstanın Baş naziri Viktor Orban danışıb

Azərbaycan Avropanı “yaşıl enerji” ilə təchiz edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Tbilisidə səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropa İttifaqına (Aİ) “yaşıl enerji” təchizatı layihəsi üzərində fəal işləyirlər. Bu barədə gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata məlumat verib.

    O, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinin Aİ-də həyata keçirilən ən uğurlu layihələrdən birinə çevriləcəyini vurğuladı.

    Xatırladaq  ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş imzalanıb. Buxarestdə sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Ciuca, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus İohannis və Avropa Komissiyasının sədri Ursula fon der Leyen iştirak ediblər.

    Orban Gürcüstanda keçirilən parlament seçkilərinə də toxunub:

    "Heç kim deməsin ki, Gürcüstanda seçkilər qeyri-demokratik keçdi. Seçkilərin nəticələri danılmazdır; seçkilər azad və demokratik keçib. Avropada hələ də mübahisələr olacaq, amma buna ciddi yanaşmaq olmaz. Liberallar qalib gəlirsə, Brüsseldə deyirlər ki, mühafizəkarlar qalib gəlirsə, demokratiya yoxdur, bu, adi bir hekayədir".