XƏBƏRLƏR / Siyasət

Türkiyə və ABŞ liderlərinin Ankara görüşünün vaxtı məlumdur

Donald Tramp 17 illik fasilədən sonra Türkiyəyə səfər edən ilk ABŞ Prezidenti olacaq

Türkiyə və ABŞ liderlərinin Ankara görüşünün vaxtı məlumdur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 7-də ABŞ Prezidenti Donald Trampla görüşəcək.

    NATO-nun 36-cı sammiti çərçivəsində Türkiyə və ABŞ liderləri arasında danışıqların yerli vaxtla saat 15:00-da aparılması planlaşdırılır.

    Həm məhdud, həm də geniş tərkibdə müzakirələrin müdafiə sənayesi, ticarət və enerji sahələrində əməkdaşlığı əhatə edəcəyi gözlənilir.

    İki liderin Ankaraya qarşı CAATSA (Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə Qanunu) sanksiyalarının ləğvi, Türkiyənin F-35 proqramına qayıtması, beşinci nəsil KAAN qırıcı təyyarələri üçün mühərriklərin alınması və digər müdafiə layihələrini müzakirə edəcəyi gözlənilir.

    Onlar, həmçinin regional inkişaflar, xüsusən də Suriyadakı vəziyyət və Rusiya-Ukrayna müharibəsi barədə fikir mübadiləsi aparacaqlar.

    Donald Tramp 17 illik fasilədən sonra Türkiyəyə səfər edən ilk ABŞ Prezidenti olacaq.

    Türkiyəyə sonuncu dəfə Prezident Barak Obama 2009-cu ilin aprelində səfər etmişdi.

    Bu ərəfədə Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi CAATSA sanksiyalarının tezliklə ləğv ediləcəyini istisna etməyib. Onun sözlərinə görə, hər iki ölkənin hakimiyyəti buna nail olmaq üçün siyasi iradə nümayiş etdirib.