XƏBƏRLƏR / Siyasət

ABŞ-Azərbaycan ikitərəfli işçi qrupunun ilk görüşü olub

Bu barədə ABŞ Səfirliyi məlumat yayıb

ABŞ-Azərbaycan ikitərəfli işçi qrupunun ilk görüşü olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ və Azərbaycan arasında ikitərəfli işçi qrupu ilk görüşünü keçirib.

    Bu barədə ABŞ Səfirliyi məlumat yayıb.

    "Dünən ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri Prezident Trampın 8 avqust tarixində keçirilmiş tarixi Sülh Sammitində imzalanmış Anlaşma Memorandumunun icrasına başlamaq məqsədilə ölkələrimizin ikitərəfli işçi qrupunun ilk iclası çərçivəsində bir araya gəldilər.

    Bu görüş zamanı biz regional bağlantı və ticarətin gücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla iqtisadi investisiyalar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyətləri müzakirə etdik. ABŞ Prezident Trampın sülh və rifah baxışını irəli aparmaq və Cənubi Qafqazın zəngin iqtisadi potensialını reallaşdırmaq üçün dəyərli strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir", - məlumatda qeyd edilib.