Aİ İrana qarşı sanksiyaların 7-ci paketini tətbiq edəcək
Avropa Tehrana münasibətini sərtləşdirmək niyyətindədir
Aprelin 24-də Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri insan haqlarının pozulmasına görə İrana qarşı sanksiyaların yeddinci mərhələsini tətbiq edəcək.
Xatırladaq ki, ötən dəfə İranın 204 nəfəri və 34 dövlət strukturu sanksiyalara məruz qalıb.
Sanksiyalar bunlardır:
- Aİ-yə giriş qadağası;
- Avropa aktivlərinin dondurulması;
- Avropa şirkətlərinə qara siyahıda olanlarla hər hansı işgüzar əlaqəni qadağan etmək
Görünür, Aİ Tehrana münasibətini sərtləşdirmək niyyətindədir.