XƏBƏRLƏR / Siyasət

ABŞ-ın vitse-prezidenti Şəhidlər Xiyabanını ziyarət etdi

C.D.Vens Azərbaycanda rəsmi səfərdədir FOTO/YENİLƏNİB

ABŞ-ın vitse-prezidenti Şəhidlər Xiyabanını ziyarət etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 11:15

    "Bu gün ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və İkinci xanım Uşa Vens Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər".

    Bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşımda qeyd edilib.

    "Vens ailəsinin bu ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsi olmaqla yanaşı, anım mədəniyyətinin, insan ləyaqətinin və sülhün vacibliyini bir daha vurğuladı", - paylaşımda bildirilib.

    ***

    10:06

    ABŞ-ın vitse-prezidenti C.D.Vens həyat yoldaşı ilə Şəhidlər Xiyabanını ziyarət etdi.

    Vens cütlüyü Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.