XƏBƏRLƏR / Siyasət

Ərdoğan bu gün Qazaxıstana iki günlük səfərə yola düşəcək

Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısı keçiriləcək

Ərdoğan bu gün Qazaxıstana iki günlük səfərə yola düşəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-15 may tarixləri aralığında Qazaxıstana səfər edəcək.

    Ərdoğan səfərinin ilk günündə paytaxt Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşəcək.

    Daha sonra Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısı baş tutacaq.

    Ərdoğan mayın 15-də Astanadan Türküstan vilayətinə gedəcək. Türkiyə lideri burada təşkil olunacaq Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak edəcək.

    Prezidentin səfəri zamanı Türkiyəyə vitse-prezident Cevdet Yılmaz rəhbərlik edəcək. Bununla bağlı müvafiq sərəncam "Resmi Gazete"də yayımlanıb.

    Qeyd edək ki, TDT-nin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü "Süni intellekt və rəqəmsal inkişaf" mövzusuna həsr olunub.