XƏBƏRLƏR / Siyasət

Hindistan-Azərbaycan münasibətlərində buzlar əriyə bilər

Bu barədə Hindistanın "The Economic Times" qəzeti yazır

Hindistan-Azərbaycan münasibətlərində buzlar əriyə bilər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hindistan və Azərbaycan siyasi etimadın bərpası üçün ilkin addımlar atırlar.

    "The Economic Times" qəzetinin məlumatına görə, bu həftə Bakıda Hindistan və Azərbaycan xarici işlər nazirlikləri arasında nazirliklərarası məsləhətləşmələr planlaşdırılır. İkitərəfli etimadın gücləndirilməsi üçün bir sıra tədbirləri müzakirə etmək üçün yüksək vəzifəli Hindistan nümayəndə heyətinin gəlişi gözlənilir.

    Bu diplomatik fəaliyyət Nyu-Dehlinin Bakıya rəsmi təşəkkürünü bildirməsindən sonra baş tutur.

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Hindistanın yeni səfiri Abhay Kumar arasında keçirilən görüşdə Hindistan tərəfi regionda artan münaqişə fonunda təxminən 200 Hindistan vətəndaşının İrandan təxliyəsində göstərdiyi köməyə görə minnətdarlığını bildirib.