Blinken Skopyedə Ceyhun Bayramovla görüşmədi YENİLƏNİB
ABŞ Dövlət katibi Ermənistanın xarici işlər naziri ilə Ermənistanla Azərbaycan arasında sülh məsələsini müzakirə ediblər

ABŞ Dövlət katibi Antoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovun gəlişi ərəfəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısının keçirildiyi Şimali Makedoniyanın paytaxtı Skopyeni tərk edib. Bu barədə xarici media yazır.
Beləliklə, Blinken Ceyhun Bayramovla görüşdən vaz keçib.
Bir gün əvvəl Blinken Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb. O, sammit çərçivəsində təşkil edilən işçi naharda da iştirak edib, daha sonra Skopyeni tərk edib. Daha sonra Dövlət katibinin İsrailə gəldiyi məlum olub.
***
Skopyedə ATƏT Nazirlər Şurasının 30-cu sessiyası çərçivəsində Ararat Mirzoyan Antoni Blinkenlə görüşüb.
Bu barədə Ermənistan XİN məlumat yayıb.
Tərəflər regionda təhlükəsizlik məsələlərini və Ermənistanla Azərbaycan arasında sülh məsələsini müzakirə ediblər.
Eyni zamanda, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Blinkenin ATƏT Nazirlər Şurasının 30-cu sessiyasında iştirak etmək üçün Skopyaya səfər edən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb görüşməyəcəyi haqda hələ məlumat yoxdur.