Putinlə Paşinyanın qapalı görüşü bir neçə saat çəkib
Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib
Moskvada aprelin 1-də Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı qapalı danışıqlar səmimi və vacib olub.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin və Paşinyan bir neçə saat söhbət ediblər.
Kremlin sözçüsü danışıqları səmimi, faydalı və zəruri adlandırıb.
"Tərəflər, xüsusən də Ermənistanda qarşıdan gələn seçkilər və gündəlikdəki əsas ticarət-iqtisadi əməkdaşlıq məsələləri kontekstində mövqelərini çatdırdılar", Peskov qeyd edib.
1 dəqiqədən az