XƏBƏRLƏR / Siyasət

"ATƏT Gürcüstan ictimaiyyətinin də etimadını itirir"

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bunu jurnalistlərə bildirib

"ATƏT Gürcüstan ictimaiyyətinin də etimadını itirir"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ATƏT Gürcüstanı tənqid edən bəyanat qəbul etdiyi üçün Gürcüstan ictimaiyyətinin etimadını itirir.

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze bunu jurnalistlərə bildirib.
    "Təəssüf ki, bu kimi sənədlər Gürcüstan ictimaiyyətinin təkcə ATƏT Parlament Assambleyasına deyil, həm də bütövlükdə ATƏT-ə olan etimadını zəiflədir ki, bu da çox kədərlidir. ATƏT Parlament Assambleyasının (ABŞ Konqresmeni - ANS Press) Co Vilson səviyyəsinə endiyini görürük. Bu, çox faciəli bir hadisədir. Əlbəttə ki, bundan müvafiq nəticələr çıxaracağıq", - Kobaxidze bildirib.

    Qeyd edək ki, bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Avroparlamenti qərəzli mövqeyinə görə sərt tənqid etmişdi.