XƏBƏRLƏR / Siyasət

Netanyahu qondarma "erməni soyqırımı"nı tanıdığını deyib

Bu addım Türkiyə ilə gərginliyi bir az da artıra bilər

Netanyahu qondarma "erməni soyqırımı"nı tanıdığını deyib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Bəli, indi etiraf edirəm”: Netanyahu ilk dəfə Osmanlı İmperiyası tərəfindən qondarma “erməni soyqırımı”nı etiraf edir ki, bu da Türkiyə ilə gərginliyi artıra bilər.

    Amerikalı podkaster Bet-David-ə müsahibə verən İsrailin Baş naziri Netanyahu ilk dəfə olaraq qondarma “erməni soyqırımı”nı etiraf edərək, “Knesset bu barədə qətnamə qəbul edib” deyib.

    Lakin faktiki olaraq İsrail parlamenti plenar iclaslarda və komitələrdə mövzu ilə bağlı dəfələrlə müzakirələr aparılmasına baxmayaraq, bu günədək “erməni soyqırımı”nı rəsmən tanımayıb.

    Netanyahunun bəyanatı erməni soyqırımının tanınmasını rədd edən Türkiyə ilə münasibətləri pisləşdirə bilər. Politoloqlar hesab edir ki, bu, ölkələr arasında diplomatik əlaqələrə təsir edə bilər.

    Müsahibədə söhbət həm də assurlar və yunanların “soyqırımı” haqda gedib.