Serbiya Prezidentinin təyyarəsi Bakıda məcburi eniş edib
Bu barədə Serbiya mətbuatı xəbər yayıb YENİLƏNIB

16:40
Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşüb.
Bu barədə Rusiya mediası məlumat yayıb.
***
Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsi Moskvaya gedərkən Bakı hava limanına məcburi eniş edib.
Vuçiç Qələbə günü qeyd etmələrində iştirak etmək üçün Moskvaya gedir. "Hazırda Şərqi Avropada artan gərginliyi və hərbi əməliyyatları nəzərə alaraq, Moskvaya uçuş təhlükəli hesab edilib və prezidentin nümayəndə heyəti Bakıya enib", - "İnformer" yazır.
Portalın məlumatına görə, təyyarə “təhlükəsizlik təhdidləri, o cümlədən hava hücumundan müdafiə sistemlərinin təsiri səbəbindən” səyahətini davam etdirə bilməyib. Serbiya Prezidentinin təyyarəsi Bakı hava limanındadır və gələcək uçuş əməliyyatları üçün təsdiqini gözləyir.
Bundan əvvəl Polşa, Litva və Latviya hakimiyyəti Vuçiçin mayın 9-da Moskvaya Qələbə Paradına gedən təyyarəsinə hava məkanı verməkdən imtina etmişdi. Latviya öz qərarını uçuşun məqsədinin “siyasi həssaslığı” ilə izah edib. Litvada qadağa “texniki və diplomatik şərtlərlə” bağlı idi.