XƏBƏRLƏR / Siyasət

Yaponiya XİN başçısı Kiyevdədir

Bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb

Yaponiya XİN başçısı Kiyevdədir
Yoko Kamikava
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Ukraynaya səfər edib.

    Bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

    O, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşmək niyyətindədir. Xanım Kamikavanın elektrik avadanlıqlarının Kiyevə təhvil verilməsində iştirak edəcəyi gözlənilir.

    Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər zamanı Tokionun dövlət və özəl sektorlar arasında əməkdaşlıq vasitəsilə Ukraynanın yenidən qurulmasını təşviq etmək əzmi vurğulayanaq.

    Qeyd edilir ki, fevralın 19-da Tokioda Ukraynanın iqtisadi inkişafı və bərpası ilə bağlı Yaponiya-Ukrayna konfransı keçiriləcək və baş nazir Denis Şmıqalın iştirakı gözlənilir.

    Yoko Kamikavanın bir sıra Avropa ölkələrinə, ABŞ və Türkiyəyə səfərləri planlaşdırılıb.