XƏBƏRLƏR / Siyasət

Azərbaycan və İraq XIN rəhbərləri mətbuat konfransı keçirib

Bu barədə Azərbaycan XİN məlumat yayıb YENİLƏNİB

Azərbaycan və İraq XIN rəhbərləri mətbuat konfransı keçirib
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 16:55

    Azərbaycan və İraq xarici işlər nazirlərinin Bağdadda birgə mətbuat konfransı zamanı əsas bəyanatları:

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

    • Suriyada sabitliyin əldə edilməsi və Qəzza zolağında vəziyyətin həlli yollarının tapılmasının zəruriliyi vurğulanıb;
    • İraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə məlumatlandırılıb.

    İraqın xarici işlər naziri Fuad Məhəmməd Hüseyn

    • Azərbaycanın İraq Kürdüstanının paytaxtı Ərbildə Baş Konsulluğunun açılması müzakirə edilib;
    • Bağdad Bakını Azərbaycanla İraq arasında hava əlaqəsini bərpa etməyə çağırıb.

    ***

    16:38

    Mayın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraqa rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Əbdüllətif Camal Rəşid tərəfindən qəbul edilib.

    Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

    Bildirilib ki, görüş zamanı Azərbaycan və İraq arasında dostluq, əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, o cümlədən qarşılıqlı maraq doğuran regional, beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Ceyhun Bayramov ölkələrimiz arasında yüksək səviyyəli səfərlərin, intensiv siyasi dialoqun əməkdaşlığın siyasi, iqtisadi, ticarət, enerji, sərmayələr, nəqliyyat, təhsil, mədəniyyət, turizm və digər sahələrdə müsbət şəkildə irəliləməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu qeyd edib.

    Tərəflər ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayələrin təşviqi, biznes dairələri arasında təmasların gücləndirilməsi və turizm əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi apararaq, bu istiqamətlərin əlaqələrin gələcək inkişafında mühüm rol oynayacağını vurğulayıblar.

    Beynəlxalq təşkilatlar, xüsusilə də BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud birgə fəaliyyətin məmnunluq doğurduğu bildirilib və qarşılıqlı dəstəyin davam etdiriləcəyi ifadə olunub.

    Qarşı tərəfə postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə və regional sülh gündəliyi barədə ətraflı məlumat təqdim edilib.

    Prezidenti Əbdüllətif Camal Rəşid Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), habelə Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərini məmnunluqla xatırlayıb, bu kimi ali səviyyəli təmasların əhəmiyyətindən bəhs edib, ölkə başçısına öz salamlarını çatdırıb.

    Görüşün sonunda Azərbaycan ilə İraq arasında qarşılıqlı hörmətə və ortaq dəyərlərə əsaslanan dostluq münasibətlərinin davamlı olaraq inkişaf etdirilməsi istiqamətində səylərin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.

    Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    ***

    16:30

    İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

    Bildirilib ki, görüş zamanı Azərbaycan və İraq arasında dostluq və əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

    Tərəflər ikitərəfli münasibətlərin inkişafı, o cümlədən ticarət, investisiya, enerji, turizm və qarşılıqlı maraq doğuran digər sahələr barədə fikir mübadiləsi aparıblar.

    BMT, QH, İƏT və AİƏF kimi çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib.

    Nazir Bayramov həmçinin regionda münaqişədən sonrakı yenidənqurma səyləri və sülh gündəliyi barədə ətraflı məlumat verib.

    Hər iki tərəf qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyini bir daha təsdiqlənib.