XƏBƏRLƏR / Siyasət

Vaşınqtonda Bakı və İrəvan arasında danışıqlar davam edir

Görüşlər dörd gündən bir həftəyədək davam edə bilər

Vaşınqtonda Bakı və İrəvan arasında danışıqlar davam edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan və Azərbaycan XİN rəhbərlərinin danışıqlar prosesi davam edir.

    Tərəflər arasındakı danışıqlar prosesi Vaşinqton yaxınlığındakı Dövlət Departamentinin Təlim Mərkəzində keçirilir.

    Danışıqların neçə gün davam etməsi barədə dəqiq məlumat yoxdur. KİV və Dövlət departamentindən sızan məlumatlara görə, görüşlər dörd gündən bir həftəyədək davam edə bilər.

    Xatırladaq ki, ən uzun çəkən Azərbaycan-Ermənistan danışıqları ABŞ Dövlət katibi Kolin Pauelin vasitəçiliyi ilə 2001-ci ilin aprel ayına təsadüf edir. Prezident Heydər Əliyev və Robert Koçaryanın Ki-Vest (ABŞ) danışıqları fasiləsiz olaraq 4 gün (3-6 aprel) davam edib və Ermənistan tərəfinin qeyri konstruktiv mövqeyinə görə nəticəsiz başa çatıb.