XƏBƏRLƏR / Siyasət

Sərhədlərin delimitasiyası üzrə komissiyanın iclas tarixi

Görüş Azərbaycan-Ermənistan sərhədində keçiriləcək YENİLƏNİB

Sərhədlərin delimitasiyası üzrə komissiyanın iclas tarixi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:00

    Azərbaycan XİN noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçiriləcəyini təsdiqləyib.

    Bu barədə XİN-in Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

    XİN-in məlumatına görə, əldə olunan razılaşmaya əsasən, noyabr ayının 30-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəd bölgəsində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti 5-ci iclası keçiriləcək.

    ***

    İlkin razılığa əsasən, noyabrın 30-da Ermənistan Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhədində Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası üzrə komissiyaların növbəti iclası keçiriləcək.

    Məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yayıb.

    Qeyd edək ki, dünən Azərbaycan mətbuatının noyabrın 29-u və ya 30-da sərhəddə keçiriləcək görüş məlumatını erməni tərəfi təkzib etmişdi: "İrəvan bildirir ki, hazırda delimitasiya komissiyalarının iclası ilə bağlı razılıq yoxdur."  Ermənistanın delimitasiya komissiyasına rəhbərlik edən baş nazirin müavini Mher Qriqoryanın ofisi bildirmişdi ki, "hazırda komissiyaların iclası ilə bağlı konkret razılaşma yoxdur".