XƏBƏRLƏR / Siyasət

Stiven Douti Azərbaycana səfərindən sonra Ermənistana gedib

Bu barədə Ermənistan mətbuatı xəbər verir

Stiven Douti Azərbaycana səfərindən sonra Ermənistana gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa, Şimali Amerika və Britaniyanın xarici əraziləri üzrə dövlət katibi Stiven Dotini qəbul edib.

    ***

    Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Douti Azərbaycana səfərindən sonra Ermənistana gedib.

    Bu barədə Ermənistan XİN rəhbərinin müavini Vahan Kostanyan özünün “X” platformasında bildirib.

    O, Böyük Britaniyanın dövlət naziri ilə görüşüb.

    “Biz geniş spektrli mövzular üzrə əhatəli müzakirələr apardıq və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəldik”, - Kostanyan qeyd edib.