XƏBƏRLƏR / Siyasət

Ursula fon der Leyeni işdən çıxarmaq istəyirlər

Avropa Parlamenti ona qarşı etimadsızlıq səsverməsi keçirəcək

Ursula fon der Leyeni işdən çıxarmaq istəyirlər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa Parlamenti peyvənd alqı-satqısı qalmaqalına görə Ursula fon der Leyenə qarşı etimadsızlıq səsverməsi keçirəcək.

    Avropa Parlamentinin bir qrup üzvü Avropa Komissiyasının sədri Ursula fon der Leyenə etimadsızlıq səsverməsinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Financial Times Rumıniyalı Avropa Parlamentinin deputatı Gheorghe Piperea-ya istinadən xəbər verir ki, buna səbəb pandemiya zamanı koronavirusa qarşı vaksinlərin "şəffaf" satın alınması ilə bağlı qalmaqal olub.

    Nəşrin yazdığına görə, fon der Leyenin Pfizer rəhbəri ilə hələlik açıqlanmayan yazışmaları da tənqidlərə səbəb olur. Parlamentarilər araşdırmanın aparılmasını və Avropa Komissiyasının fəaliyyətində şəffaflığın olmasını tələb edirlər.