Ceyhun Bayramov yenidən Mirzoyanla görüşəcək
Xarici işlər nazirləri bu dəf də ABŞ-da bir araya gələcəklər
Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moldovadakı erməni diasporunun nümayəndələri ilə görüşündə deyib.
Onun sözlərinə görə, görüş iyunun 14-nə planlaşdırılıb.
Xatırladaq ki, XİN başçılarının sonuncu görüşü 1-4 may tarixlərində Vaşinqtonda baş tutub.