ABŞ Laçın dəhlizindəki vəziyyətlə bağlı açıqlama yaydı
“Laçın dəhlizi ətrafında yaranan vəziyyət ABŞ-nin diqqət mərkəzindədir”
ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Ned Prays gərginliyin azaldılmasının və İrəvanla Bakı arasında davamlı və hərtərəfli nizamlanmanın bərqərar olmasının zəruriliyini qeyd edib.
O, həmçinin Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin ABŞ-də keçirilən görüşünü də xatırladıb: “Biz bunu Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində təşkil etdik. Baş müşavirimiz Fil Riker əlimizdən gələni etdiyimizə əmin olmaq üçün hər iki ölkənin rəsmi şəxslərilə fəal təmasları davam etdirir”.