Azərbaycan və Ermənistanın bu günkü görüşü çox vacibdir
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Moldovanın paytaxtı Kişineuda deyib
"Azərbaycan və Ermənistan liderlərinin bu gün baş tutacaq görüşü çox vacibdir".
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Moldovanın paytaxtı Kişineuda "Avropa siyasi birliyi" 2-ci zirvə toplantısının açılış mərasimindən əvvəl jurnalistlərə açıqlamasında deyib.
"Bu gün baş tutacaq görüş çox vacibdir. Mənim bir neçə həftə əvvəl Brüsseldə Azərbaycan və Ermənistan liderləri ilə görüşmək imkanım olub", deyə o bildirib.
Şarl Mişel danışıqlarda müəyyən irəliləyişlərin olduğunu söyləyib.
"Biz müəyyən irəliləyiş əldə etmişik və ümid edirəm ki, bu görüş iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün ümumi siyasi iradənin bir daha təsdiqlənməsi üçün fürsət olacaq".