
ABŞ Dövlət katibi Antoni Blinken İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşüb.
"Times of Israel" xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken hazırda Tel-Əvivdəki Kirya hərbi qərargahında Baş nazir Binyamin Netanyahu ilə görüşdədir.
Bildirilib ki, təkbətək görüşdən sonra geniştərkibli görüş keçiriləcək.
Qeyd edək ki, görüş ABŞ Dövlət katibinin İsrailə səfəri çərçivəsində baş tutub.