Ərdoğan ŞƏT sammiti çərçivəsində Paşinyanla görüşüb
Bu barədə erməni KİV-ləri xəbər verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində görüş keçiriblər.
Bu barədə erməni KİV-ləri xəbər verib.
Çində keçirilən görüşdə tərəflər Cənubi Qafqazda davamlı sabitlik və Ankara ilə İrəvan münasibətlərini müzakirə ediblər.
Ərdoğan İrəvanla Bakı arasında sülh prosesinin gedişindən məmnunluğunu ifadə edib və Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın gücləndirilməsi üçün konkret addımların müzakirə edildiyini qeyd edib.