
Finlandiyanın xarici işlər naziri, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Elina Valtonen Azərbaycana səfər edəcək.
Bu barədə Finlandiya XİN məlumat yayıb.
Bildirilib ki, Elina Valtonen oktyabrın 13-15-də Azərbaycan, Ermənistan və Gürcüstanda səfərdə olacaq.
Bu, onun ATƏT-in fəaliyyətdə olan sədri kimi Cənubi Qafqaza ilk səfəridir.