XƏBƏRLƏR / Siyasət

İran Məkkə sazişinə qoşulur?

Avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan kollektiv müdafiə haqqında saziş imzalayıb

İran Məkkə sazişinə qoşulur?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran kollektiv müdafiə haqqında Məkkə sazişinə qoşulmaq üçün dəvət alıb.

    Bunu İran parlamentinin mətbuat xidmətinin rəhbəri Mehdi Rəhimi "Al Mayadeen" telekanalına müsahibəsində bildirib.

    Rəhimiyə görə, İran hakimiyyəti hazırda bu təklifi nəzərdən keçirir. O, həmçinin vurğulayıb ki, region ölkələri arasında "təhlükəsizlik çətiri"nin yaradılması İranın maraqlarına uyğundur. Rəhimiyə görə, Tehran uzun müddətdir ki, buna çağırış edir.

    Onun sözlərinə görə, ABŞ region ölkələrinin təhlükəsizliyini təmin etmək barədə verdiyi vədləri yerinə yetirmək əvəzinə, onların təhlükəsizliyini təhdid edir.

    Xatırladaq ki, avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan kollektiv müdafiə haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, iştirakçılardan birinə hücum hər üç ölkəyə hücum kimi qiymətləndiriləcək. Sazişi ABŞ Prezidenti Donald Tramp dəstəkləyib.