XƏBƏRLƏR / Siyasət

Fransa parlamenti erməni separatçılarını azad etmək istəyir

Bu barədə Milli Assambleya 183 səslə qətnamə qəbul edib

Fransa parlamenti erməni separatçılarını azad etmək istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fransa Milli Assambleyası yekdilliklə Bakıda mühakimə olunan müharibə cinayətkarlarının və Qarabağ separatçı liderlərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamə qəbul etdi.

    Bu "son dərəcə vacib sənəd"ə 183 parlament üzvü lehinə, heç kim əleyhinə səs vermədi. Qətnamə Fransa-Ermənistan Dostluq Qrupu adından Parlament üzvü Loran Vokiez tərəfindən təqdim edilib.

    Qeyd edək ki, Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) 577 üzvdən ibarətdir.