XƏBƏRLƏR / Siyasət

Prezident Ərdoğan Misirə səfər edib

Qahirə beynəlxalq hava limanında Misir prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən qarşılanıb

Prezident Ərdoğan Misirə səfər edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanındakı səfərlərini başa vurduqdan sonra Misirə səfər edib. Ərdoğan Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək.

    Misirə rəsmi səfərə gelən prezident Rəcəb Tayyib Ərdoğan Qahirə beynəlxalq hava limanında Misir prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən qarşılanıb.

    Prezident Ərdoğan bu həftəki Nazirlər Kabinetinin iclasında bildirib ki, "Qəzzanın təhlükəsizliyi və yenidən qurulmasında hansı birgə addımları ata biləcəyimizi və İran böhranının daha da şiddətlənməsinin qarşısını almaq üçün nə edə biləcəyimizi qiymətləndirəcəyik".

    Qəzza Sülh Şurasının işi səbirsizliklə gözlənilsə də, iki lider Qəzzada son vəziyyəti müzakirə edəcək. Humanitar yardımın çatdırılması və yenidənqurma prosesi qiymətləndiriləcək.

    Vaşinqton və Tehran arasında gərginliyin azaldılması variantları nəzərdən keçiriləcək. Suriyadakı son vəziyyət də gündəmdə olacaq.

    Prezident Ərdoğanın Misirə səfəri çərçivəsində Ankara və Qahirə arasında artan iqtisadi əməkdaşlıq hərtərəfli qiymətləndiriləcək. İki ölkə arasında hədəf ticarət həcmi 15 milyard dollardır.

    Şərqi Aralıq dənizində karbohidrogen investisiyaları, kənd təsərrüfatı, turizm, müdafiə və artan əməkdaşlıq imkanları liderlərin sədrliyi ilə keçiriləcək ikinci Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında qiymətləndiriləcək. İş adamları həmçinin Türkiyə-Misir Biznes Forumunda görüşəcəklər.