ABŞ Prezidenti Co Bayden iyulun 9-dan 13-dək Böyük Britaniya, Litva və Finlandiyaya səfər edəcək. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, o, ilk olaraq Londonda Kral III Çarlz və baş nazir Rişi Sunakla görüşəcək.
Bayden daha sonra NATO-nun 74-cü sammitində iştirak etmək üçün iyulun 11-12-də Vilnüsə gedəcək. Ertəsi gün Bayden ABŞ-Skandinaviya sammitində iştirak etmək üçün Helsinkiyə səfər edəcək.