Əliyevlə Ştaynmayer nədən danışıblar?
Bu barədə məlumat Almaniya Prezidentinin "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer bu gün Berlində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən danışıqlar barədə paylaşım edib.
Müvafiq paylaşım Almaniya Prezidentinin "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.
"Danışıqların diqqət mərkəzində ikitərəfli münasibətlər, Ermənistan və Azərbaycan arasındakı sülh prosesi, eləcə də aktual regional və beynəlxalq məsələlər yer alıb", - Ştaynmayer qeyd edib.
O, Ermənistan və Azərbaycan arasında sülh nizamlanması və münasibətlərin normallaşması prosesində əldə olunan irəliləyişi alqışlayıb, hərtərəfli sülh sazişinin bağlanması yolunda gələcək addımlara dəstəyini ifadə edib.
Paylaşımda Almaniya-Azərbaycan əməkdaşlığının inkişafına xüsusi diqqət yetirilib. Almaniya Prezidenti Azərbaycanın Cənubi Qafqazda, xüsusilə energetika və iqtisadiyyat sahələrində Berlinin mühüm tərəfdaşı kimi əhəmiyyətini vurğulayıb.
1 dəqiqə