TDT baş katibi Kubanıçbek Ömürəliyev Azərbaycanda səfərdədir
Aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatının hökumət başçılarının ikinci görüşü keçiriləcək
Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömürəliyev Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya Departamentinin müdiri Gürsel İsmayılzadə və digər rəsmi şəxslər qarşılayıblar.
Daha əvvəl Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel də ölkəyə səfər edib.
Türk Dövlətləri Təşkilatının hökumət başçılarının/vitse-prezidentlərinin ikinci görüşü aprelin 2-də Bakıda keçiriləcək. İlk görüş ötən ilin sentyabr ayında Bişkekdə keçirilib.
1 dəqiqədən az